Britaniyanın Avropa üzrə naziri Azərbaycan diplomatı ilə görüşündə səfirliyə hücumu pisləyib  

 

“Azərbaycanın Londondakı səfirliyindəki ciddi təhlükəli hadisədən sonra bu gün həmin ölkənin Britaniyadakı səfirliyində Azərbaycan səfiri Elin Süleymanovla danışdım.

Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin vacibliyini vurğuladım və hadisənin baş verməsinə görə dərin təəssüfümü bildirdim”.

Milletinsesi.az xəbər verir ki, bunları Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qraham Stuart deyib. Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni müzakirə etmək üçün Azərbaycanın səfiri Elin Süleymanovla görüşən nazir baş verənləri pisləyib.

“Böyük Britaniyanın ifadə azadlığı hüququnu dəstəkləmək üçün uzun müddət davam edən ənənəyə malikdir, lakin bu, dinc və hüquqi nümayiş vasitəsilə həyata keçirilməlidir”, – nazir əlavə edib.

Mənbə

Share: