Böyük Britaniyanın baş naziri Liz Trass bildirib ki, London Rusiya Federasiyasına birləşməklə bağlı qondarma “LPR”, “DXR”, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlar fonunda rəsmi Moskvaya qarşı yeni tədbirlər görəcək.
Modern.az xəbər verir ki, xanım baç nazir bu barədə tvitter səhifəsində yazıb.
“Biz tərəddüd etmədən növbəti tədbirləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinin hərbi maşınını iflic etmək üçün yeni sanksiyalar tətbiq edəcəyik”.
Bundan əlavə, L.Trass qeyd edir ki, Böyük Britaniya heç vaxt “Donetsk və Luqansk xalq respublikaları”nı, eləcə də Xerson və Zaporojye vilayətlərini Rusiyanın bir hissəsi kimi tanımayacaq.