Rusiya Federal Təhlükəsizlik Xidməti Bryansk vilayətində Ukrayna diversiya kəşfiyyat qrupunun hərbi və enerji obyektlərində hazırladığı silsilə terror aktlarının qarşısını alıb.
Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ukraynanın üç xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət diversiya kəşfiyyat qrupu Bryansk vilayətinə göndərilib. Keçirilən əməliyyat nəticəsində Ukrayna diversiya kəşfiyyat qrupunun iki üzvü öldürülüb, beşi saxlanılıb.