Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Milletinsesi.az-a bildirilib ki, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar martın 19-da gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.