Bu avadanlıqlar gömrük rüsmundan azad edildi

 

Azərbaycanda bir sıra avadanlıqlar və materiallar gömrük rüsumlarından azad edilib.

Milletinsesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumlarından azad edilib.

Mənbə

Share: