“Baksol” yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.
Bu səbəbdən məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilərək “Azadlıq prospekti” metro stansiyası – Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində fəaliyyəti təşkil ediləcək.