Brüsseldə Azərbaycan təbii qazı olmadan Avropanın enerji təchizatının təhlükəsizliyini həll etmək mümkün deyil.
Modern.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdən sonra özünün “Facebook” səhifəsində yazıb.
“Biz bunu çoxdan deyirik, ona görə də Azərbaycan təkcə bizim köhnə dostumuz deyil, həm də görkəmli strateji tərəfdaşımızdır. Buna görə də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə danışıqlar masasına oturmuşuq. Nəticələrlə qısa zamanda sizləri tanış edəcəyik”,- deyə nazir bildirib.