Bu dəfə Can Yaman narkotikə görə saxlanıldı

Bu dəfə Can Yaman narkotikə görə saxlanıldı

Türkiyəli aktyor Can Yaman saxlanılıb.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Bildirilib ki, ötən gecə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik araşdırması çərçivəsində şəhərin doqquz məşhur məkanında əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində Can Yamanla yanaşı, “Bu tarz benim” və “İşte benim stilim” adlı verilişlərdən tanınan model Melisa Şahinin ikinci dəfə saxlanıldığı, ardınca həbs olunduğu bildirilir.

Share: