Bəzən insan həyatda çətinliklərlə qarşılaşan zaman iradəsini əldən verər, hətta yaşamaq üçün belə, stimula malik olmaz. İmam Səccad (ə) bizlərə bir dua öyrətmişdir ki, əgər onu oxusaq, iradəmizin güclənməsinə yardım edəcəkdir.
İmam (ə) nə zaman “Tövbə” surəsinin 119-cu ayəsini tilavət edərdi ki, bu ayədə deyilir: “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-Beytidir (ə))”, bu duanı oxuyardı:
“اللهم ارفعنی فی اعلی درجات هذه الندبه و اعنی بعزم الاراده”
“Allahım, məni bu dəvətin ən yüksək dərəcəsinə qaldır, möhkəm iradə əta edərək, mənə yardım et”.
Həmçinin o kəs ki, zəif iradəyə malik olar, Allahın bu adlarını çoxlu zikr etsin:
” الشدیـد” ٬ ” ذوالقـوه” ٬ “القاهــــر” ٬ “المقتــدر”
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “O kəs ki, az tövfiqə malikdir, “Şəms” surəsini oxumağı davamlı etsin. Çünki o, hansı tərəfə üz çevirsə, Allah onu müvəffəq edər. Bu əməl, hafizənin güclənməsinə səbəb olar”.