“Neftçi” futbolçusu Namik Ələskərovla müqavilənin müddətini uzadıb.
Millətin Səsi.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə qarşıdan gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.
Qeyd edək ki, N.Ələskərov “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 94 oyunda meydana çıxıb, 13 qola imza atıb.