Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi…-RƏSMİ

Düşmənin ölkəyə hücum etdiyi bütün 9 İran istehsallı “Şahed” dronlarını Ukrayna Hərbi Hava Qüvvələrinin və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qruplarını məhv edib.

 

Moderator.az “Ukrainskaya prdavda”ya istinadla xəbər verir ki, bu haqda  telegram-kanalda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

Məlumatda bildirilir ki, aprelin 15-dən 16-na keçən gecə Rusiya ordusu Krım yarımadasındakı Çauda burnundan “Şahed” tipli 9 PUA ilə hücuma keçib.

 

Pilotsuz uçaqlar Ukraynanın Xerson, Nikolayev, Xmelnitski, Poltava, Çerkassı və Dnepropetrovsk vilayətləri daxilində məhv edilib.

 

S.Laçın

 

Mənbə

Share: