Tanzaniyada Keniya sərhədinin yaxınlığında yerləşən Natron gölü maraqlı xüsusiyyətləri ilə diqqətləri üzərinə toplayıb.
Axşam.az xəbər verir ki, uzunluğu 52 km, eni isə 22 km olan gölün ən dərin yeri 3 metrdir.
Duz və sodadan ibarət olan gölün suyu ildə bir neçə dəfə fərqli rənglərə boyanır.
Göldə suyun dərəcəsi 50-60 dərəcədir. Bu da suda canlıların yaşamasının qarşısını alır. Lakin flaminqoların artımı üçün əlverişli şərait var.
Suyun tərkibi çürümənin qarşısını alır və gölün ətrafında daşlaşmış heyvanlar gözə çarpır.