Bu gün 6 qadın güləşçimiz Avropa çempionatında mübarizə aparacaq

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Millətin Səsi.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin 4-cü günündə Azərbaycanın 6 qadın güləşçisi mübarizə aparacaq

Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıxova (72 kq) ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Şəhanə Nəzərova (50 kq) və Ruzanna Məmmədova (59 kq) isə təsəlliverici görüşə çıxacaqlar.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.

Share: