Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək.
Modern.az xəbər verir ki, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.
Dünən təxirə salınan “Reyncers” – “Napoli” matçı da bu günə nəzərdə tutulub.
Çempionarl Liqası
Qrup mərhələsi, II tur
14 sentyabr
A qrupu
23:00. “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya)
Xal durumu: “Napoli” – 3. “Liverpul” – 3 (2 oyuna). “Ayaks” – 3 (2 oyuna). “Reyncers” – 0
E qrupu
20:45. “Milan” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
23:00. “Çelsi” (İngiltərə) – “Zaltsburq” (Avstriya)
Xal durumu: “Dinamo” – 3, “Milan” – 1, “Zaltsburq” – 1, “Çelsi” – 0
F qrupu
20:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Seltik” (Şotlandiya)
23:00. “Real Madrid” (İspaniya) – “Leyptsiq” (Almaniya)
Xal durumu: “Şaxtyor” – 3, “Real Madrid” – 3, “Leyptsiq” – 0, “Seltik” – 0
G qrupu
23:00. “Kopenhagen” (Danimarka) – “Sevilya” (İspaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
Xal durumu: “Mançester Siti” – 3, “Borussiya” – 3, “Kopenhagen” – 0, “Sevilya” – 0
H qrupu
23:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya)
23:00. “Makkabi” (Hayfa, İsrail) – PSJ (Fransa)
Xal durumu: Benfika – 3, PSJ – 3, “Yuventus” – 0, “Makkabi” – 0.