Bu gün Bakıda daha 8 oyun keçiriləcək

Bu gün Bakıda daha 8 oyun keçiriləcək

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında daha 8 qarşılaşma keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi qrupu 7 xalla lider kimi başa vurub və pley-offa vəsiqə qazanıb. Elşad Quliyevin çalışdırdığı yığmamız mayın 27-də 1/8 finalda son dünya çempionu Rımıniya ilə üz-üzə gələcək.

26 may

Dünya çempionatı

Qrup mərhələsi

3-cü tur

E qrupu

12:45. Kosta Rika – Tayland
22:00. İndoneziya – Monteneqro

Xal durumu: Monteneqo – 4, Tayland – 4, İndoneziya – 3, Kosta-Rika – 3

F qrupu

16:30. Polşa – Bosniya və Herseqovina
20:45. Qazaxıstan – ABŞ

Xal durumu: Bosniya və Herseqovina – 4, Polşa – 4, Qazaxıstan – 4, ABŞ – 4.

G qrupu

15:15. Argentina – BƏƏ
18:15. Çexiya – Gürcüstan

Xal durumu: Çexiya- 6, Gürcüstan – 6, Argentina – 0, BƏƏ – 0.

H qrupu

14:00. İsrail – İspaniya
19:30. Serbiya – Qana

Xal durumu: Serbiya – 6, İsrail – 3, İspaniya – 3, Qana – 0.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

 

Share: