Bu gün baş verən maraqlı hadisələr

1918-ci il dekabrın 28-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 3-cü hökumət kabinetinin təşkili başa çatdı. Elə həmin gün Avropaya – Paris Sülh konfransına nümayəndə heyəti seçildi. Heyətə paralmentin sədri Əlimərdan bəy Toçubaşov rəhbər təyin olundu.

Nümayəndə heyətinə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasına nail olmaq, Azərbaycanın milli mənafeyi və süverenliyini qorumaq səlahiyyətləri verilmişdi.  

Bəs, dekabrın 28-də dünyada daha nələr olub?

1. 1065-ci ilin bu günü İngiltərə kralı Eduard tərəfindən paytaxt Londonda Vestminster iqamətgahının əsası qoyulub. Bu bina sonralar ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi yerə çevrilib.

2. 28 dekabr 1612-ci ildə İtaliya alimi Qalileo Qaliley Neptun planetini kəşf etdi, ancaq onu ulduz deyə tanıtdı.   

3. 1878-ci il dekabrın 28-də İngiltərənin Dandi şəhəri yaxınlarında bir dəmiryolu körpüsü qatar keçidi zamanı çökdü, 75 adam boğularaq həyatını itirdi.

4. Lümer qardaşlarının çəkdiyi “Qatarın La Ciotat stansiyasına gəlişi”, “Körpənin savaşı” və “Nalbənd” filmləri 1895-ci ilin bu günü Parisdə ilk dəfə tamaşaçılara təqdim edildi. Bundan sonra 28 dekabr Ümumdünya Kino Günü olaraq qeyd edilməyə başlandı.   

5. İnsan haqları müdafiəçisi və yazıçı Aleksandr Soljenitsin sovet həbsxanalarından bəhs edən “Qulaq arxipelaqı” adlı əsərini 1973-cü il 28 dekabr tarixində yayınladı. 

6. 28 dekabr 1991-ci ildə Xankəndi şəhəri və ətraf əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Əslində Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanıb.

Erməni silahlı quldurları bu şəhərdə yaşayıb-işləyən azərbaycanlıları təqib edib, zorla ev-eşiyindən qovub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. 

Bu, Kərkicahan qəsəbəsinin işğalı ilə başlanılıb. İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılıb.  Xankəndinin işğalı nəticəsində 34 nəfər şəhid olub, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si isə azyaşlı uşaq olub. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.Xankəndi 19 sentyabr 2023-cü ildə işğaldan azad olunub.

7. 28 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının yeni manatının təqdimatı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısının 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilib. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.

8. 2010-cu ilin bu günündə Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri – Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Uzunluğu 262 kilometrdən çox olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı əhalisinin 75 faizinin təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə fasiləsiz təmin edilməsi mümkün olub.

28 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. “Hörümçək adam”, “Hulk” və “X adam” kimi fantastik romanlarıyla tanınan amerikalı (ABŞ) yazıçı Sten Li 1922-ci ilin bu günü anadan olub (1922 – 2018).

2. 28 dekabr 1991-ci ildə Bakının “Mayak” radiosunun əməkdaşı Leonid Lazareviç Azərbaycanın  Qarabağın Kərkicahan kəndində reportaj hazırlayarkən erməni gülləsinə tuş gəlib və dünyasını dəyişib (1967 – 1991).

3. 2004-cü ilin 28 dekabrında, “Ölüm tuneli”, “Vulkan sevgilim” başda olmaqla, bir çox məşhur əsərin müəllifi, amerikalı yazıçı Süzen Sontaq 68 yaşında həyatdan köçüb. (1933 – 2004)

4. 28 dekabr 1900-cü ildə tanınmış hüquqşünas, professor Vahid Qəhrəmanov (1900-1978) anadan olub.

5. 28 dekabr 1920-ci ildə Əməkdar elm xadimi, professor Firudin Köçərli (1920 – 3.6.2005) anadan olub.

6. 28 dekabr 1936-cı ildə görkəmli müğənni, Azərbaycan və SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib.

7. 28 dekabr 1937-ci ildə ədəbiyyatşünas alim, professor Əliyar Səfərli anadan olub. 1994-1998-ci illərdə Azərbaycanın İran İslam Respublikasında səfiri işləyib.

Share: