“Bu gün biz nasizmi dayandıran qlobal koalisiyanın qətiyyətini xatırlayırıq…”

“Bu gün biz nasizmi dayandıran qlobal koalisiyanın qətiyyətini xatırlayırıq…”

“Dünya xalqları laqeydliyə nə qədər çox sinə gərərsə, dünyada nifrətə daha az yer qalar…”

 

“İkinci dünya savaşında nasistlər tərəfindən təxminən 6 milyon yəhudi kütləvi surətdə məhv edilib…”

 

Zelenski yəhudi xalqının Fəlakət qurbanlarının xatirəsini yad edib

 

Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, nifrət və laqeydlik yəhudi xalqının Fəlakəti üçün əsas olub.

 

Moderator.az xəbər verir ki, bu barədə “ukrinform.ru” nəşri məlumat yayıb.

 

“Bu gün, həmişə olduğu kimi, Ukrayna milyonlarla Xolokost qurbanlarının xatirəsini yad edir” , – Zelenski videomüraciətində deyib. 

 

“Biz bilirik və xatırlayırıq ki, laqeydlik nifrətlə bərabər ölümə səbəb olur. Laqeydlik və nifrət yalnız birlikdə bəla törədir. Ona görə də həyatın qədrini bilənlərin nifrətin məhv etmək istədiyi adamları xilas etmək lazım gələndə qətiyyət göstərməsi çox vacibdir”.

 

Zelenski qeyd edib ki, bu gün “müxtəlif ölkələrdə insanları eyni qətiyyətlə xilas edən dünya xalqlarının zahidləri xatırlanır”.

 

“Bu gün biz nasizmi dayandıran qlobal koalisiyanın qətiyyətini xatırlayırıq, – Ukrayna prezidenti vurğulayıb. – Və bu gün əvvəllər olduğundan daha ötkəmlə təkrarlayırıq: daha heç vaxt nifrət olmasın, daha heç vaxt laqeydlik olmasın”.

 

Zelenskinin sözlərinə görə, “dünya xalqları laqeydliyə nə qədər çox sinə gərərsə, dünyada nifrət üçün daha az yer qalar”.

 

“Xolokostun bütün qurbanlarının xatirəsi əbədi yaşayacaq!” – Zelenski millətə videomüraciətində deyib.

 

Xolokost qurbanlarının Beynəlxalq xatirə günü BMT Baş Assambleyası tərəfindən 1 noyabr 2005-ci ildə (60/7 nömrəli  Qətnamə) təsis edilib. 

 

Sənədin qəbulunda İsrail, Kanada, Avstraliya, Rusiya, Ukrayna, ABŞ təşəbbüsçü kimi, həmmüəlliflər isə daha 90-dan artıq dövlət çıxış edib.

 

Qətnaməyə görə, yanvarın 27-də yəhudi xalqının qurbanlarının Beynəlxalq xatirə günü kimi qeyd edilir.

 

27 yanvar tarixi ona görə seçilib ki, həmin gün sovet qoşunları Osventsim həbs düşərgəsini azad edib.

 

Avropada nasistlər tərəfindən yəhudilərin kütləvi surətdə məhv edilməsi nəticəsində təxminən 6 milyon insan, İkinci dünya savaşından öncə dünyada olan yəhudilərin üçdə bir hissəsi həlak olub. 

 

Ukrayna Milli Xatirə İnstitutunun məlumatına görə, Ukraynada Xolokost qurbanlarının sayı təxminən 1, 5 milyon yəhudi olub.

 

İsraildə Fəlakət və yəhudi xalqının qəhrəmanlıq Günü (Yom Xa-Şoa) yəhudi təqvimi ilə Varşava qettosunda üsyanın başlandığı 27 nisanda qeyd edilir.

 

27 nisan tarixi İsrailin ilk baş naziri David Ben-Qurion tərəfindən təklif edilib.

 

 

Mənbə

Share: