Bu gün Konfranslar Liqasının 1/8 final mərhələsi başa çatır

Bu gün Konfranslar Liqasının 1/8 final mərhələsi başa çatır

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutacaq.

 

Türkiyə təmsilçisi “Sivasspor” İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.

 

“Vilyarreal” İspaniyada Belçikanın “Anderlext” klubunun müqavimətini qırmağa çalışacaq. İtaliya “Latsio”su Niderlandda “AZ Alkmaar” komandasının qonağı olacaq.

 

UEFA Konfrans Liqası

1/8 final, cavab oyunları

16 mart

 

21:45. “Sivasspor” (Türkiyə) – “Fiorentina” (İtaliya)

İlk oyun – 0:1

 

21:45. “Yurqorden” (İsveç) – “Lex” (Polşa)

İlk oyun – 0:2

 

21:45. “Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə)

İlk oyun – 2:2

 

00:00. “Nitsa” (Fransa) – “Şerif” (Moldova)

İlk oyun – 1:0

 

00:00. “Vest Hem” (İngiltərə) – AEK (Larnaka, Kipr)

İlk oyun – 2:0

 

00:00. “Vilyarreal” (İspaniya) – “Anderlext” (Belçika)

İlk oyun – 1:1

 

00:00. “AZ Alkmaar” (Niderland) – “Latsio” (İtaliya)

İlk oyun – 2:1

 

Qeyd edək ki, Konfrans Liqasında 1/4 finala ilk vəsiqəni Türkiyədə “Başakşehir”ə 4:1 hesabı ilə qalib gələn Belçika “Gent”i qazanıb.

Mənbə

Share: