Bu gün “Mançester Siti” – “Arsenal” oyunu var

Koronavirusa görə mart ayından dayandırılan İngiltərə Premyer Liqasında mövsüm bu gün bərpa edilir.

Qol.az xəbər verir ki, 28-ci turdan təxirə salınmış iki oyun keçiriləcək.

Günün ilk matçında “Aston Villa” “Şeffild Yunayted”i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Daha maraqla gözlənilən oyun isə Mançesterdə olacaq. Burada “Mançester Siti” “Arsenal”ı qəbul edəcək. Bu qarşılaşmanın start fiti isə Bakı vaxtı ilə saat 23:15-də veriləcək.

Qeyd edək ki, Premyer Liqanın oyunları iyunun 19-dan 30-cu turun görüşləri ilə davam etdiriləcək. Turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti”  57 xalla 2-ci, “Lester” 53 xalla 3-cüdür.

Share: