
Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürür.
Milletinsesi.az xəbər verir ki, Çempionlar Liqasının “Benfika” – “Qarabağ” matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gələcəklər.
Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı “Kayşa Futeboç Kampuş” arenasında keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.
Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.Qol.az
“Benfika” – “Qarabağ” U-19 komandalarının oyununun keçiriləcəyi “Kayşa Futeboç Kampuş” arenası
