“Bu gün qazilərimizə, veteranlarımıza baxanda oğlumu görürəm”.
Bu fikri jurnalistlərə açıqlamasında Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə deyib.
O, Anım Günü ilə əlaqədar şəhidlərin məzarını ziyarət edənlərə minnətdarlığını bildirib: “Bu gün xalqımız Vətən müharibəsi şəhidlərinin ziyarətinə gəliblər. Vətəndaşlarımız dəyərlərimizi, qəhrəmanlarımızı hər zaman olduğu kimi, bu gün də unutmayıblar. Unutmaq bizim xalqa xas olan xüsusiyyət deyil. Bu, bizə mənəvi dəstəkdir. Allah bir daha valideynlərə belə acı göstərməsin. Şəhid ailələri və qazilərə göstərilən dəstəyə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm!”