Bu gündən Ukraynada elektrik qrafiklə verilir

Noyabrın 2-si səhər saat 6:00-dan etibarən Ukraynada elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki qüvvəyə minib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb.

Elektrik enerjisinin kəsilməsi qrafikini tətbiq edən şəhər və rayonların siyahısı:

Kiyev,

Çerniqov,

Çerkassı,

Jitomir,

Sumi,

Xarkov,

Poltava bölgəsi.

“Saatlıq dayanma cədvəlləri paylayıcı şəbəkə operatorları tərəfindən tərtib edilmiş xüsusi qrafikə uyğun olaraq müəyyən istehlakçı qruplarının gündəlik məhdudlaşdırılmasını nəzərdə tutur”, – məlumatda bildirilib.

Mənbə

Share: