Bu idman növləri UNESCO siyahısına daxil edildi 

 

Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Milletinsesi.az xəbər verir ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.

“Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, – Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin tviter səhifəsində qeyd olunub.

Mənbə

Share: