Somali qonşu Keniya ilə bütün diplomatik əlaqələrini kəsib.
Somali Keniyanı daxili işlərinə qarışmaqda və ərazi bütövlüyünü pozmaqda ittiham edib.
Somalinin informasiya naziri Osman Dube bildirib ki, bütün diplomatların geri qayıtması, keniyalı nümayəndələrin 7 gün ərzində ölkəni tərk etməsi barədə əmr verilib.
“Somali bu qərarı daxili işlərinə təkəbbürlü müdaxilədən sonra verdi. Mövcud Keniya rəhbərliyi hər zaman Somalidə problem yaratmaq istəyir”,- deyə nazir qeyd edib.
Qərar Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland lideri Musa Bihi Abdinin dünən Keniya Prezidenti Uhuru Kenyatta ilə görüşməsindən sonra verilib.
Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Hind okeanındakı zəngin neft və qaz yataqları bölgəsindəki dəniz sərhəd mübahisəsindən sonra pisləşib. (qafqazinfo)