Bu il 1066 avtobus sürücüsü təlimlərə cəlb edilib

Bakı Nəqliyyat Agentliyi 2019-cu ildə 1066 sürücünü təlimlərə cəlb edib.

Bu barədə Trend-ə agentlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, il ərzndə 235 sürücü tütündən istifadəyyə görə cəzalandırılıb, 407 sürücü barədə protokol tərtib edilib, 43 sürücü qüsursuz xidmətə görə mükafatlandırılıb.

İl ərzində Bakı Nəqliyyat Agentliyi 22700 avtobusa fərqlənmə nişanı verib, 49 marşrut xəttinin istiqaməti dəyişdirilib.

Share: