Bu il 4 minə yaxın terrorçu zərərsizləşdirilib

Bu il 4 minə yaxın terrorçu zərərsizləşdirilib

“Bu il Suriya və İraqda 4 minə yaxın terrorçu zərərsizləşdirilib”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

 

O bildirib ki, terrorçulara qarşı mübarizə davam edir:

 

“Əməliyyatlarımız gecə-gündüz davam edir. Yeganə hədəfimiz terrorçulardır. Biz qonşularımızın ərazi bütövlüyünə hörmət edirik. Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Bizim ordumuzda bəzilərinin iddia etdiyi kimi kimyəvi silah yoxdur”.

Mənbə

Share: