
2023-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddə götürülüb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında məlumat verilib.
Qeyd olunub ki, aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrinümumilikdə dəyəri 54 milyon 292 min AZN (31 milyon 936 min ABŞ dolları) kimi qiymətləndirilir.