Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6600-dən çox zəlzələ olub

2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O qeyd edib ki, Mərkəzin Monitoriq Mərkəzi tərəfindən 2301 uzaq zələlələr də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml> 3-dən yuxarı olan 74 zəlzələ qeydə alınıb.

Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.

Share: