Bu ilin 8 ayında Azərbaycanda 5257 nəfər insultdan ölüb

2018-ci ildə serebrovaskulyar (baş beyin damar xəstəlikləri) xəstəliklər üzrə ilk dəfə təyin olunmuş diaqnozla 6266 nəfər qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstələrdən 3194 nəfərini kişi, 3072 nəfərini isə qadınlar təşkil edib. Onlardan 355-i kişi, 395-i qadın olmaqla 750 nəfəri 18-29 yaş qrupuna, 2839-u kişi, 2677-si qadın olmaqla 5516 nəfəri isə 30 və yuxarı yaş qrupuna aid insanlardır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən il ölkə üzrə insultdan ölənlərin sayı 8156 nəfər olub. Onlardan 3803 nəfəri kişi, 4353 nəfəri isə qadındır. Bu ilin 8 ayında isə 2452-si kişi, 2805-i qadın olmaqla 5257 nəfər insultdan həyatını itirib. İnsultdan ölüm göstəricisi 70 yaşdan yuxarı insanlar arasında üstünlük təşkil edib.

Share: