Bu ilin xəritəsi ilə sərhəd çəkiləcək – Erməni iddiası

1976-cı ilin xəritələri bütün hissələrdə (Ermənistan-Azərbaycan sərhədi – red.) delimitasiya üçün əsas olacaq.

Millətin Səsi.az xəbər verir ki, belə bir iddia ilə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan çıxış edib.

Onun sözlərinə görə, hazırda delimitasiyanın növbəti mərhələsinin hansı ərazidə aparılacağı bəlli deyil:

“Biz artıq bununla bağlı bəyanat vermişik. Bu barədə həm Qriqoryanın ofisi (baş nazirin müavini – red.), həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi açıqlama verib. Növbəti mərhələ müəyyənləşəndə ​​bu barədə məlumat verəcəyik”.

Qeyd edək ki, sərhədin digər hissələrinin hansı xəritələrlə çəkiləcəyini Azərbaycan müəyyən edir.

Share: