“Bu, İranın hakimiyyətdaxili qruplaşmalarının bir-birinə qarşı tədbirlərinin nəticəsi də ola bilər…”

“Bu, İranın hakimiyyətdaxili qruplaşmalarının bir-birinə qarşı tədbirlərinin nəticəsi də ola bilər…”

Əslində hadisənin araşdırılmasında Azərbaycan tərəfindən də təhqiqatçıların iştirakına şərait yaradılmalıydı. Lakin bu istiqamətdə də heç bir addım atılmayıb…”

 

“İran hakimiyyətinin rəsmi reaksiyası əsasən özünü ölkə prezidenti İbrahim Rəisinin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəngi ilə özünü büruzə verib. Yəqin ki, həmin telefon danışığında o, Azərbaycan rəhbərinə müəyyən izahat verib. Lakin həmin izahatın konkret nədən ibarət olduğunu bilmirik. Ancaq ümumilikdə belə görünür ki, İran dövlətinin mövqeyi məsələni ört-basdır edib üzərindən keçməkdən ibarətdir”. 

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli İstiqlal partiyasının fəxri sədri Etibar Məmmədov söyləyib.

 

“Hesab edirəm ki, İran tərəfi bu hadisəni məişət xarakterli bir olay kimi qələmə verməyə çalışır. Lakin bütün dəlillər onu göstərir ki, bu, öncədən hazırlanmış bir aksiyadır”- deyə həmsöhbətimiz davamında bildirib. 

 

“Bəs əgər doğrudan da bu teraktı İran planlaşdırıbsa, onun bundan məqsədi nədir, nəyə nail olmağa çalışır?” sualını isə Etibar Məmmədov belə cavablandırıb:

 

“Məqsəd təbii ki, Azərbaycana gözdağı vermək, onu təhdid etməkdir. Bundan əlavə, bu, İranın öz hakimiyyəti daxilindəki qruplaşmalarının bir-birinə qarşı tədbirlərinin nəticəsi, tərkib hissəsi də ola bilər… Və təəssüf ki, indiyə qədər rəsmi Tehran diplomatik missiyamızın təhlükəsizliyinin təminatı ilə bağlı öhdəliklərinin yerinə yetirilməməsi haqda da ciddi izahat verməyib. Eyni zamanda əslində hadisənin araşdırılmasında Azərbaycan tərəfindən də təhqiqatçıların iştirakına şərait yaradılmalıydı. Lakin bu istiqamətdə də heç bir addım atılmayıb…”

 

Sultan Laçın

 

 

Mənbə

Share: