Bakının “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişin daşınması üçün əlavə avtobuslar xəttə verilir.
Bu barədə Milletinsesi.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, səhər və axşam – pik saatlarda sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə xəttə əlavə avtobuslar cəlb edilir.
Axşam pik saatlarında metronun “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik “BakuBus” avtobusları xidmətə buraxılır.