46 milyonluq tenderi yenə Hovers Group MMC udub

46 milyonluq tenderi yenə Hovers Group MMC udub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Arpaçay sağ sahil” və “Arpaçay sol sahil” magistral kanallarının yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Millətin Səsi.az Report-a istinadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.

Bildirilib ki, tenderin qalibi Hovers Group MMC-dir.

Qalib şirkətə 46,358 milyon manat ödəniləcək.

 

“ Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb.

Share: