
ABŞ Konqresində prezident Baydenə impiçment elan edilə bilər…
Prezidentlə bərabər impiçmentin daha üç məmura – Baş prokuror, FTB direktoru və Milli Təhlükəsizlik Departamentinin katibinə elan edilməsi gözlənilir…
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Macori Teylor Qrin ABŞ prezidenti Co Baydenə ölkənin milli təhlükəsizliyinə təhlükə törətdiyinə görə impiçment elan edilməsi barədə qanun layihəsi təqdim edəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Fox News” nəşri məlumat yayıb.
Qrin Baş prokuror Merrik Harland, FTB-nin direktoru Kristofer Rey və Milli Təhlükəsizlik Departamentinin katibi Alexandro Mayorkas barəsində də analoji prosedur tələb edib.
“Böyük təntənə ilə “Amerika sonuncu növbədə” şüarı altında 20 yanvar 2021-ci ildən ölkəmizin müntəzəm surətdə məhv edilməsi üzərində işləyən israedici hakimiyyətin başçısı ABŞ prezidenti Cozef Robinett Baydenə impiçment elan edilməsi barədə qanun layihəsini təqdim etmək niyyətim haqqında elan edirəm”, – bunu Qrin cümə axşamı brifinqdə bəyan edib.
O, elan edib ki, Bayden vəzifəsindən kənarlaşdırılmalıdır, çünki o, sərhədlərin təhlükəsizliyini təmin edə bilməyib və “şüurlu surətdə immiqrasiya qanunlarına riayət etməkdən imtina edərək milli təhlükəsizliyimizi təhlükə altına atıb”.
Baydenə impiçment elan etmək niyyəti barədə Qrin “impiçmentlər həftəsi”nin son mətbuat konfransında bəyan edib.
Qrin bəyan edib ki, bütün bu məmurlar “korrupsuyaya bulaşıb” və “öz vəzifələrində qala bilməz”.


