Bu məşhurun malikanəsi 4.2 milyona satılır

Bu məşhurun malikanəsi 4.2 milyona satılır

Məşhur yazıçı Mark Tvenin malikanəsi satışa qoyulub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, villa “Sothebys”də 4.2 milyon dollara satışa çıxarılıb.

Mərhum yazıçının 1910-cu ilədək (ölümünə qədər) yaşadığı malikanə Reddinq şəhərində yerləşir. Toskana üslubunda olan evdə 4 yataq otağı, 3 kamin, 3 qaraj və böyük bir hovuz var.

Ev 1923-cü ildə çıxan yanğında ziyan görüb. Malikanə 1925-ci ildə eyni təməl üzərində orijinal terasları, daş divarları, sütunları və bağçası qorunaraq yenidən bərpa edilib.

Share: