Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi – “Gənclik” metro stansiyası) adi rejimə keçirib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli Tvitterdə yazıb.
“Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib”, – V. Kərimli bildirib.