“Bu misli görünməmiş hücum qapalı zorakılıq dairəsinin növbəti son dərəcə təhlükəli təzahürüdür…”

“Bu misli görünməmiş hücum qapalı zorakılıq dairəsinin növbəti son dərəcə təhlükəli təzahürüdür…”

“Bu hücum BMT TŞ-nin müvafiq qətnamələrinin xroniki şəkildə icra edilməməsi və Qərbin Yaxın Şərq “kvartet”inin bloklamasının birbaşa nəticəsidir…”

 

“İsrail “Dəmir qalxanlar” adı altında antiterror əməliyyatına başlayıb…”

 

Rusiya XİN HƏMAS-ın İsrailə hücumunda Qərbi ittiham edib

 

Rusiya Xarici İşlər Nazirliyi terrorçuların İsrail ərazisinə hücumlarından təxminən səkkiz saat sonra

“İsrail-Fələsin münaqişəsi zonasında vəziyyətin kəskinləşməsinə” münasibət bildirib.

 

Moderator.az xəbər verir ki, bu barədə “newsru.com” nəşri məlumat yayıb.

 

Nazirlik Moskva vaxtı ilə saat 14:14-də rəsmi bəyanat yayaraq özünün “prinsipial və ardıcıl mövqeyini” təsdiq edib. 

 

Bu da ondan ibarətdir ki, “artıq 75 ildir ki, davam edən münaqişənin güc yolu ilə həlli yoxdur və istisnasız olaraq siyasi-diplomatik vasitələrlə nizama salına bilər”.

 

Rusiya XİN fikrincə, bu diplomatik vasitələr “1967-ci ilin sərhədlərində paytaxtı Şərqi Qüdsdə olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına” gətirib çıxarmalıdır.

 

HƏMAS-ın İsrailə artıq onlarla insan qurbanlarına və yüzlərlə zərərçəkənlərə gətirib çıxaran indiki misli görünməmiş hücumunu nazirlik “qapalı zorakılıq dairəsinin növbəti son dərəcə təhlükəli təzahürü kimi” dəyərləndirib.

 

“Bu, BMT və onun Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin xroniki şəkildə icra edilməməsi və Qərbin Rusiya, ABŞ, Avropa İttifaqı və BMT-dən ibarət Yaxın Şərq “kvartet”inin işinin faktiki olaraq bloklamasının birbaşa nəticəsidir”, – Rusiya XİN məlumatında deyilir.

 

Nazirlik “İsrail və Fələstin tərəflərini dərhal atəşin dayandırılmasına, zorakılıqdan imtina edilməsinə, zəruri təmkinlik göstərilməsinə və beynəlxalq birliyin dəstəyi ilə danışıqlar prosesinin nizama salınmasına çağırış edib”.

 

Xatırladaq ki, oktyabrın 7-də səhər İsrail Qəzza bölgəsi tərəfindən güclü raket atəşlərinə məruz qalıb. Ölkənin bir sıra regionlarında hava həyəcanı siqnalı elan edilib. 

 

Dəqiqləşdirilməmiş məlumata görə, buna görə məsuliyyəti Fələstinin HƏMAS qruplaşması öz üzərinə götürüb.

 

İsrailin müdafiə ordusu bəyan edib ki, döyüş hazırlığı vəziyyətindədir. Ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olanların hərbi xidmətə çağırılması barədə sərəncam verib.

 

Sonradan bəlli olub ki, Qüds cavab raket atəşləri endirməyə başlayıb, həmçinin “Dəmir qalxanlar” antirerror əməliyyatının başlanmasını elan edib. Hazırda onlarla qırıcı təyyarə HƏMAS-ın hədəflərinə zərbələr endirir.

Mənbə

Share: