
“Mənim fikrimcə, Ermənistanla Azərbaycan arasındakı münaqişə KTMT-nin yurisdiksiyasına daxil deyil”.
Modern.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev “Arqumentı i faktlar” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, KTMT-yə üzv olan ölkələrin hər biri müstəqil şəkildə həmin təşkilata münasibətini müəyyənləşdirir.
“Rusiyaya gəlincə, məlumdur ki, biz münasibətlərin normallaşmasına ən səmimi şəkildə töhfə veririk. Bu münaqişənin yalnız bir tərəfini dəstəkləmək mövqeyi onun dərinləşməsi deməkdir. Sülh yolu ilə normallaşma mövqeyini qəbul etmək və bu nizamlanma şərtlərinin bütün tərəflər üçün məqbul olmasına kömək etmək lazımdır”, – deyə Rusiya parlamentinin rəsmisi vurğulayıb.
Akif İsmayılov