Dünyanın bir çox ölkəsində olan “Madam Tussaud” muzeyinin Türkiyədə Əskişəhərdə olan filialında məşhur ulduzların 160 heykəli var.
Axşam.az xəbər verir ki, muzeydə Osmanlı İmperatorluğu dönəminin şahları, Atatürkün müxtəlif illəri əks etdirən heykəlləri, ailəsi, türk və xarici dövlət adamlarının, sənətçilərin, media nümayəndələrinin və idmançıların canlı imiş kimi görünən heykəlləri sərgilənir.
2013-cü ildə inşa edilən muzey qız uşaqları və qüsurlu uşaqların təhsil alması üçün istifadə edilir.
Qeyd edək ki, muzeydə heykəllərin qorunması üçün “fləş”lə fotolar çəkdirmək qadağandır.