İndiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin birbaşa tabeliyində olan Respublika Suni Mayalanma Mərkəzi nazirlik yanında Dövlət Toxum Fondunun tabeliyinə verilib.
Bu barədə Report-a nazirlikdən məlumat verilib.
Xatırladaq ki, Respublika Suni Mayalanma Mərkəzi 2017-ci ildə Göygöl rayonunda yaradılıb. Məqsəd ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir.