Bu, necə sülhdür: Azərbaycanlılarsız Ermənistan?

Yaxud Qərbi Zəngəzura Böyük Qayıdışın ilk ünvanı – Nüvədi!

Ötən həftə Nüvədi kəndi əhalisinin deportasiyasının 30 illiyi ilə bağlı çox vacib və əhəmiyyətli bir tədbir oldu. Təxbirin yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, beynəlxalq təşkilatlara müraciət də mühüm məsələydi. Daha vacibi budur ki, gərək bu iş burda bitməsin, yəqin bitməyəcək də…

Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə yaradılan təşkilat komitəsi də bu inamı yaradır. Deputat Əziz Ələkbərli ilə Qərbi Azərbaycan, həmçinin Nüvədi kəndi ilə bağlı əvvəllər çox söhbətlərimiz olub. Həmçinin Nüvədi sakini, sabiq deputat Alqış Həsənoğlu ilə…Ermənistandakı tarixi ərazilərimizə qayıdış məsələsində Nüvədi öndə gəlməlidir heç şübhəsiz.

Azərbaycan Prezidenti bəyan edib ki, “Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq”. Nüvədi Qərbi Zəngəzurun Azərbaycanın giriş qapısıdır. Deməli, öncə qapını açmaq, içəri daxil olmaq lazımdır – Nüvədiyə! Nüvədi ziyalılarının toplantısında da bəyan edildiyi kimi, Nüvədi kəndi sakinlərinin öz doğma yurdlarına qayıtmasını beynəlxalq hüquq diktə edir. Həm də ona görə ki, Nüvədinin Ermənistan adlı qondarma dövlətə heç bir aidiyyatı yoxdur.

1929-cu ilədək inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olan Nüvədi kəndi həmin il qeyri-qanuni olaraq Ermənistan SSR-in Mehri qəzasının inzibati idarəetməsinə verib. Və…həmin sənəd düz 40 il “havada” qalıb, təsdiqlənməyib. Yalnız 1969-cu ilin mayında kəndin əhalisinin heç bir razılığı alınmadan Nüvədi Ermənistan SSR-in Mehri rayonunun inzibati ərazi vahidinə daxil edilib. Tarixə diqqət edin, 1969-cu ilin mayı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən iki ay əvvəl! Ermənilər Qarabağdakı “miatsum” alçaqlığına H.Əliyevin Siyasi Bürodan uzaqlaşmasından sonra başladıqları kimi, Nüvədi ilə bağlı az qala yarım əsr kağız üzərində qalmış məsələni də onun Azərbaycana rəhbər təyin olunmasından öncə həll ediblər, sonra “daş qayaya rast gəlməsin”, deyə.

Nüvədi camaatı sözünü dedi, müraciətini etdi. İnam yoxdur ki, 30 il Qarabağın işğalına susqunluq nümayiş etdirən, Xocalı soyqırımına kor qalan beynəlxalq təşkilatlar Nüvədi camaatının səsini eşidəcək. Ona görə də davamlı şəkildə təşəbbüslər özümüzdən gəlməlidir. Təklif olunduğu kimi, Azərbaycan Milli Məclisi Azərbaycan SSR Ali Sovetinin hüquqi varisi olaraq, 1969-cu il 7 may tarixli fərmanın ləğvi məsələni gündəliyinə sala və müvafiq addım ata bilər.

Bunun üçün bütün əsaslar var. Azərbaycan ərazisinin bir parçası zorla alınıb Ermənistana pərçim edilib. Bu qanunsuzluğa 40 il ərzində dlon geyindirməyin mümkünsüzlüyü fakt da ortada! Üstəlik, Ermənistan parlamenti Azərbaycana qarşı elə son 30 ildə bir sıra təxribatçı qərarlar verib, Qarabağla bağlı. Həmin qərarlar da ləğv edilməyib. Eyni zamanda bu ölkənin kontitusiyasında, gerbində qonşu dövlətlərə qarşı ərazi iddiaları əksini tapır. Yəni beynəlxalq tribunalarda deməyə kifayət qədar arqumentlərimiz də var.

Nüvədi Qərbi Azərbaycandakı azərbaycanlıların son 200 ildə davam edən soyqırım və deportasiya siyasətinin sonuncu qurbanı, son zəbt olunmuş qalasıdır. Nüvədi əhalisi 1991-ci il avqustun 8-də doğma kəndini tərk edib. Qərbi Azərbaycana qayıdış da Nüvədidən başlaya bilər və başlamalıdır da!

Ermənistanın Nüvədi məsələsinə münasibəti həm də bu ölkə ilə perspektiv münasibətlərimizi müəyyənəşdirəcək. Nüvədi Zəngəzur səhlizinin üzərində yerləşən yaşayış məntəqəsidir. Əgər İrəvan 10 noyabr anlaşmasına əməl edəcəksə, Nüvədi bunun üçün sınaq testi olacaq.

Artıq üçtərəfli anlaşmanın 1 illiyinə az qalır. Ermənistan hələ də imzaladığı kapitulyasiya aktının müddəalarını yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmağa çalışır. Faktiki olaraq status-kvonu saxlamaq istəyir, 30 il ərzində olduğu kimi…

Ermənilər son iki əsr ərzində dəfələrlə Türkə xəyanət ediblər. Özlərini yazıq, fağır göstəriblər, süfrəmizin qırağında özlərinə yer ediblər, sonra ilana dönüb boğazımıza sarılıblar. Ona görə də bu topluma etibar edə bilmərik. Bunlar hətta özləriniu quyunun dibindən çıxarmağa xidmət edəcək Zəngəzur dəhlizinin açılmasına da maneçilik törədirlərsə, deməli, xoşluqla heç bir anlaşmaya gedəsi deyillər. Odur ki, əgər Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi də qapadılmalıdır! Əgər Qərbi Zəngəzura, öncə Nüvədiyə azərbaycanlıların qayıdışı baş verməyəcəksə, o halda ermənilərin də Xankəndi, Xocavəndvə digər ərazilərimizdə yaşamasına imkan verməməliyik! Yaşamaq hüququndan söhbət gedirsə, mənim də hüququm beynəlxalq səviyyədə tanınmalıdır! Rus sülhməramlıları aylardır Qarabağa ermənilərin köçünü təşkil edir, hətta erməni istəmədiyi halda, onları zorla köçürürlər torpaqlarımıza. Amma Qərbi Zəngəzurdan zorla qovulmuş insanlarımız könüllü şəkildə yurd-yuvalarına dönmək istəyirlər, elə lap rus sülhməramlılarının, Ermənistandakı rus hərbçilərin müşayiəti ilə, niyə onlar üçün bu şans tanınmasın?! Əks halda ermənilərin də Azərbaycanda rahat yaşaması mümkünsüz olacaq. Onların narahatlığı qətiyyən Azərbaycanın yarada biləcəyi hər hansı təhlükə ilə bağlı deyil, bunu 30 mindən çox erməninin Bakıda yaşaması faktı da təsdiqləyir. Sadəcə məsələ birtərəfli qaydada həll olunanda, hansısa qüvvələ yenə dövriyəyə girib təhlükəli oyunlar oynayacaqlar, Azərbaycanla Ermənistanı üz-üzə qoymaq üçün. Məsələnin köklü şəkildə həlli, uzunmüddətli sülhün əldə olunması isə tərəflərə eyni yanaşmaları zəruri edir. Necə ola bilər ki, Azərbaycanda – 30 min Bakıda+25-30 min Qarabağda erməni yaşasın, amma Ermənistanda 1 nəfər də azərbaycanlı olmasın?! Belə sülh olar?! Əksinə, bu, anormallıqdır! Nə irəvandakılar, nə də ermənilərə havadarlıq edənlər unutmamalıdır ki, 44 günlük döyüşlərin qalibi diqtə edir prosesləri, kapitulyasiyaya qol çəkmiş Ermənistanın başıpozuq rəhbərliyi yox.

Nüvədi Azərbaycandır!

Elşad Paşasoy,

Milletinsesi.az Musavat.com

Share: