Ukraynanın Beynəlxalq Hava Yolları aviaşirkəti oktyabrın 1-dən etibarən Kiyevdən 5 beynəlxalq reys işə salacaq.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, həmin tarixdən başlayaraq Kiyevdən Brüssel, Düsseldorf, London, Praqa və Bakıya uçuşlar həyata keçiriləcək.
Sentyabrın 16-dan başlayaraq sərnişinlər aldıqları bileti uçuş baş tutan tarixədək ödənişsiz şəkildə dəyişdirə bilərlər.
Bundan başqa, şirkət Bakı da daxil olmaqla bir neçə istiqamətdə tranzit uçuşların keçirilməsini təklif edib.