Bu ölkə doğum sayını artırmaq üçün ümidini sürət qatarına bağladı

Bu ölkə doğum sayını artırmaq üçün ümidini sürət qatarına bağladı

Cəubi Koreyada doğum sayını artırmaq üçün sürətli qatar layihəsi reallaşdırılacaq.

 

Moderator.az “Euronews”a istinadən xəbər verir ki, layihə ilə paytaxtdan kənara köçməyi planlaşdıran gənc ailələr üçün işə getmə-gəlmə müddəti qısalacaq.

 

Rəsmilər ümid edirlər ki, bu daha çox gəncləri şəhərdən kənarda ev və uşaq sahibi olmaq barədə düşünməyə təşviq edəcək.

 

“Great Train eXpress” (GTX) adlı qatar Cənubi Koreyaya 134 trilyon vona (99,5 milyard dollar) başa gələcək. Layihə 2035-ci ilə qədər paytaxtın mərkəzini bir neçə regionla birləşdirərək yekunlaşacaq. Saatda 180 kilometr yol qət edə biləcək.

 

Prezident Yun Suk Yeol cümə günü paytaxtın Dongtana şəhərinə avtobusla gediş-gəliş vaxtını 80 dəqiqədən 19 dəqiqəyə endirəcək sürət qatarı xəttin bir hissəsinin açılışını edib.

 

Qısaldılmış gediş-gəliş vaxtının insanlara səhər və axşam ailələri ilə daha çox vaxt keçirməyə icazə verəcəyini bildirib. 

Mənbə

Share: