Britaniya Kral Dəniz Qüvvələrinin “HMS Anson” nüvə sualtı qayığı Ərəbistan dənizinə çatıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Deymi Meyl” nəşri məlumat yayıb.
Məlumata görə, sualtı qayıq martın 6-da Pert limanından çıxıb və artıq regiondadır.
Sualtı qayığın regionda həftələrlə qalacağı və zəruri hallarda İrana zərbə endirə biləcəyi bildirilib.
Qeyd olunub ki, sualtı qayığın dəqiq yeri naməlum saxlanılır.
Axar.az


