Livan parlamentinin bu gün keçirilən sessiyasında bu ölkənin yeni Prezidentini seçmək mümkün olmayıb. Belə ki, 128 deputatdan 120-nin iştirak etdiyi plenar iclasda namizədlərdən heç biri səslərin 50 faizini toplaya bilməyib.
Modern.az “Lebanon24” telekanalına istinadla xəbər verir ki, səlahiyyət müddəti başa çatan Prezident Mişel Aunu əvəz edəcək yeni dövlət başçısının adı növbəti plenar iclasda məlum olacaq. Bu gün keçirilən iclasda ən çox səsi xristian fraksiyasını təmsil edən Mişel Muvad qazanıb. Onun namizədliyini 120 deputatdan 36-sı dəstəkləyib.
Parlament yeni dövlət başçısını seçənədək Prezident səlahiyyətlərini Baş nazir Nəcib Mikati icra edəcək.