[ad_1]
Nigeriyada Boko Haram qruplaşmasının 3,5 mindən çox silahlısı və onların ailə üzvləri ölkənin şimal-şərqində iyulun 1-dən 14-dək aparılan xüsusi əməliyyat çərçivəsində hökumət qüvvələrinə təslim olub.
Axar.az xəbər verir ki, Nigeriyanın “Blueprint” informasiya portalının Baş Qərargahın rəsmi nümayəndəsinə istinadla yaydığı məlumata görə, təslim olanlar arasında Boko Haram qruplaşmasının yüksək rütbəli altı komandiri də var. Əməliyyatın gedişində, həmçinin, 42 silahlı öldürülüb, xeyli silah-sursat ələ keçirilib.
Qeyd edək ki, Afrikanın qərbində yaradılan Boko Haram terror qruplaşması Nigeriyada 2002-ci ildən fəaliyyət göstərir. Onun üzvləri əldə silah ölkədə hakimiyyəti ələ keçirmək uğrunda mübarizə aparırlar.
[ad_2]