Bu ölkədə baş qərargah rəisi məsuliyyətsizliyə görə işdən çıxarıldı

Braziliyada ordunun baş qərargah rəisi general Culio Sezar de Arrudanı vəzifəsindən azad edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Braziliya Prezidenti Lula da Silva qərar imzalayıb.

 

Bildirilib ki, general Konqresə basqın zamanı məsuliyyətsizlik edib.

 

Qeyd edək ki, Braziliyada ötən ilin sonunda keçirilən prezident seçkilərindən sonra iğtişaşlar davam edir.

Mənbə

Share: