
Ukrayna böhranı yalnız Avropada genişmiqyaslı ərazi bölgüsündən xəbər verir.
Milletinsesi.az-ın Publika.az-a istinadən məlumatına görə, bunu rusiyalı iqtisadçı ekspert Mixail Xazin deyib.
Onun sözlərinə görə, “Köhnə Dünya”da öz ata-baba torpaqlarını geri qaytarmağa çalışan və buna layiq olan kifayət qədər ölkələr var. O, bariz nümunə kimi Macarıstanı göstərib.
Xazin qeyd edib ki, bəzi ölkələrin hazırkı rəhbərliyi çoxdan Transilvaniya və Zakarpatya kimi əraziləri qaytarmaq istəyinə eyham vurub. Bu da Avropada ortaya çıxa biləcək mümkün iddiaların yalnız bir hissəsidir.
Ekspert Polşa ilə Almaniya arasında mövcud olan ərazi mübahisələrini xatırladıb. Onun sözlərinə görə, Ukrayna böhranı başlayandan sonra bu məsələlər yenidən gündəmə gəlib və ölkələr bu məsələ ilə daha dərindən məşğul olmaq əzmini nümayiş etdirirlər.
“Qarşılıqlı torpaq iddialarına görə, Üçüncü Dünya Müharibəsi başlamaya bilər, lakin bütün Avropada sərhədlərin geniş miqyaslı yenidən bölüşdürülməsi tamamilə mümkündür”, – Xazin vurğulayıb.
Akqabay