Bu ölkələr Cənubi Qafqaza daxil olur: Nəticələri Rusiya üçün ağır olacaq – Pinçukdan etiraf

Bu ölkələr Cənubi Qafqaza daxil olur: Nəticələri Rusiya üçün ağır olacaq – Pinçukdan etiraf

Transqafqaz gündəminə nəzarətin olmaması Rusiya üçün uzunmüddətli nəticələrə səbəb olacaq.

Milletinsesi.az xəbər verir ki, bu fikri “Tsarqrad”ın siyasi müşahidəçisi, siyasi elmlər doktoru Andrey Pinçuk deyib.

O qeyd edib ki, Türkiyə uzun müddətdir ki, Azərbaycanın əsas ərazisini Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirməli olan Zəngəzur dəhlizi ideyasını irəli sürür.

Onun sözlərinə görə, ərazisi vasitəsilə müvafiq dəhliz yaratmaq istədikləri Ermənistan KTMT-də formal olaraq müttəfiq olaraq qalsa da, Rusiyanın dəstəyi olmadığı üçün bu vəziyyətə düşüb.

“Moskva Transqafqaz gündəminə nəzarəti bərpa etməsə, bunun nəticələri uzunmüddətli olacaq. Bu, artıq təkcə İrəvan və ya Bakıya təsir imkanlarının itirilməsi deyil. Bu, ABŞ, Böyük Britaniya və Türkiyə kimi anti-Rusiya oriyentasiyasını gizlətməyən oyunçuların regiona daxil olmasına imkan verir”, – deyə Pinçuk bildirib.

Tural

Share: