Bu, Putin üçün sadəcə bəhanə idi

Almaniya kansleri Olaf Şolts Ukraynadakı müharibədən danışıb.

 

Modern.az “Unian”a istinadən xəbər verir ki, Marburqda keçirilən görüşdə o, müharibəni Rusiyanın hərbi ekspansiyası üçün çoxdan düşünülmüş plan adlandırıb.

 

Kansler Berlinin Rusiya ilə NATO arasında müharibənin baş verməməsi üçün hər cür səy göstərəcəyini qeyd edərək, bunun dəhşətli hadisə olacağını vurğulayıb.

 

Onun sözlərinə görə, Putin üçün Kiyev və Brüssel arasında aparılan danışıqlar ərazilərin zorla ələ keçirilməsi üçün sadəcə bəhanə olub.

Mənbə

Share: